Ən yaxşı enerji həlləri

Alternativ enerji

Alternativ enerji — təbiətin çirklənməsinin qarşısını almaq məqsədi ilə işlənən enerji çeşidlərinin ümumiləşmiş adı. Alternativ energetika daha çox gələcəyə yönələn perspektiv sahədir. Ətraf mühit çirklənmədən (torpaqsuhava) qorumaq üçün Alternativ enerji mənbələrindən istifadə olunması məqsədəuyğundur. İnkişaf etmiş ölkələr (ABŞKanadaBöyük Britaniya, AlmaniyaRusiya və s.) alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə ətraf mühiti çirklənmədən qorumağa cəhd göstərirlər. Son illər Azərbaycan müstəqil dövlət kimi xarici ölkələrin təcrübəsindən istifadə edərək alternativ enerji mənbələrindən istifadəni genişləndirməklə, həm qiymətli yanacağa (neftqaz) qənaət etməyə, həm də ətraf mühitin qorunmasına nail olmağa çağırır. Elektrik enerji istehsalında İES və SES-dan istifadənin ətraf mühit üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bu stansiyalardan xüsusilə İES-ı yerləşdikləri ərazilərin torpaqlarlnı, (sularını) atmosferini daha çox çirkləndirir. Bu stansiyaların tikintisi ucuz başa gəlsədə ekoloji baxımdan çox çirkli sahədir. SES-nın tikintisi baha başa gəlsə də anbarların tikintisi bəndlərin salınması, sudan, istifadə edilməsi ətraf mühitin çirklənmədən qoruyur.

Bərpa olunan enerji

Bərpa olunan enerji — günəşküləkdalğageotermal enerji,su və digər bərpa olunan mənbələrdən alınan enerjiyə deyilir. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənə bilməz. Alternativ energetika təkcə ətraf mühitin mühafizəsi üçün vacib deyil. Qeyri-ənənəvi enerji mənbələrindən istifadə iki vacib şərtə əsaslanır: yanacaq mənbəyinin bərpa olunan olması və verilmiş ərazidə mövcudluğu. O, ölkələrin, ərazilərin, təsərrüfat sistemlərinin neftdən və onun qiymətindən asılılığını yumşaldır. Regionun xüsusiyyətindən asılı olaraq alternativ enerjidən istifadənin strukturunda bu və ya digər mənbə üstünlük təşkil edir. Məsələn, İslandiyaDanimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Düzən ərazilərdə külək elektrostansiyalarından, cənub regionlarda günəş batareyalarından istifadə edilir. Zəngin meşə ehtiyatlarına malik ölkələrdə biokütlənin (yonqar, talaşa) yanma texnologiyasından geniş istifadə edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

EnglishRussia